Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb

Ermənistan Konstitusiya Məhkəməsi hakiminin oğlu oğurlanıb

Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Qrant Nazaryanın oğlu oğurlanıb.

Q. Nazaryan yanvarın 27-də polis bölməsinə müraciət edərək, 8 yaşlı oğlunu keçmiş həyat yoldaşı, 41 yaşlı Annaya verdiyini bildirilib.

Qadın isə uşağı naməlum istiqamətə aparıb. Q. Nazaryan hesab edir ki, keçmiş arvadı uşağı oğurlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31