Almaniyada koronavirus aşkarlanıb
Almaniyada koronavirus aşkarlanıb
28 Yanvar 2020 13:04 DünyaAlmaniyanın Bavariya əyalətinin Səhiyyə Nazirliyi açıqlama verib. Starnberg bölgəsində 1 nəfərin yeni dəhşətli virus olan koronavirusa yoluxduğu bildirilib.
Vilayətin Səhiyyə və Qida İdarəsində yaradılan işçi qrupu virusa yoluxan şəxsin xəstəxanada vəziyyətinin yaxşı olduğunu və karantinə alınaraq nəzarət edildiyi barədə məlumat paylaşılıb.
Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 4min515 nəfərə, ölənlərin sayı 106-ya çatıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31