Əfqanıstanda silahlıların hücumu zamanı 10 polis əməkdaşı öldürülüb

Əfqanıstanda silahlıların hücumu zamanı 10 polis əməkdaşı öldürülüb

Əfqanıstanın şimal-şərqində yerləşən Bağlan əyalətində "Taliban" silahlılarının hücumu nəticəsində hüquq-mühafizə orqanlarının azı 10 əməkdaşı həlak olub.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadla Ariana News agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, silahlılar avtomobil yollarının birindəki nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Öldürülən terrorçular barədə informasiya verilmir.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban" hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD terror qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

azertag.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31