“Bölgədə təxribat baş verəcək” – Rusiya xəbərdarlıq etdi
“Bölgədə təxribat baş verəcək” – Rusiya xəbərdarlıq etdi
28 Yanvar 2020 12:00 Dünya"Ağ Dəbilqəlilər" terror təşkilatı Suriyada kimyəvi silahlardan istifadə etməklə təxribata hazırlaşır.
Bunu Rusiya prezidentinin Suriyadakı hərbi nümayəndəsi Yuri Borenkov deyib.
Borenkov qeyd edib ki, "Heyət Təhrir Şam" terror təşkilatına bağlı olan dəbilqəlilər Hələbin Kəfr Həmra, İdlibin Marrat Misrin və Əriha bölgələrinə iri həcmdə xlor qazı gətirib.
Radikalların mülkiləri hədəf alacağını qeyd edən Borenkova görə, törədiləcək təxribatın məsuliyyətinin Suriya hakimiyyətinin (Bəşər Əsəd) üzərinə qoyulması planlaşdırılır.
O, terror təşkilatlarının İdlibdəki laboratoriyalarında Avropadan gəlmiş mütəxəssislərin işlədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31