Brejnevin rezidensiyası satışa çıxarıldı
Brejnevin rezidensiyası satışa çıxarıldı
28 Yanvar 2020 10:16 DünyaUkraynanın "PrivatBank"ı Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin rezidensiyasının da daxil olduğu inzibati-ictimai kompleksin bir hissəsini hərraca çıxarıb.
Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, mülklə bağlı məlumatlar "Setam" onlayn satış sistemində yerləşdirilib.
Hərrac fevralın 4-də keçiriləcək. İlkin qiymət 97,946 milyon qrivnadır.
Kompleks Dneprin (Ukrayna) mərkəzi rayonunda yerləşdir. Onun yaxınlığında sahilyanı şəhərlər, supermarketlər, bank filialları və əyləncə müəssisələri var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31