Kral ailəsi Harri və Meqanı Britaniyaya qaytarmaq istəyir

Şahzadə Çarlz və oğlu Uilyam şahzadə Harri və həyat yoldaşı Meqan Marklı yenidən Britaniyaya qaytarmaq qərarına gəliblər.

Bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Şahzadə Harrinin atası Çarlz və qardaşı Uilyam qeyd ediblər ki, kral ailəsi onları Britaniyada fotoqrafların narahat etməyəcəyi rahat yaşayış şəraiti ilə təmin etməyə hazırdır.
"Saraydakılar şahzadə Harri və həyat yoldaşı Meqan Marklın gələcəyi barədə nigarandırlar. Onlar cütlüyün geri qayıtmaq istədikləri təqdirdə nə edəcəkləri barədə plan qururlar.", - deyə kral ailəsinə yaxın mənbədən bildirilib.

big.az
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31