Sloveniyanın Baş Naziri istefa verib

Sloveniyanın Baş Naziri Maryan Şarets vəzifəsindən istefa verib.

Sloveniyanın Baş Naziri Maryan Şarets vəzifəsindən istefa verib.

Ölkədə növbədənkənar seçkilərin keçiriləcəyi elan edilib.

Baş Nazir bu qərarı rəhbərlik etdiyi mərkəz-solçu hökumətin qanunverici orqanda mütləq səs çoxluğuna malik olmaması və bununla da hökumət proqramında nəzərdə tutulan qanunların parlamentdən keçməsinin mümkünsüzlüyü ilə izah edib.

Qeyd edək ki, 2018-ci ildə keçirilən parlament seçkilərində qalib gələn Maryan Şarets beş partiyadan ibarət koalisiyalı hökumətə rəhbərlik edirdi. "Maryan Şaretsin siyahısı"nın da daxil olduğu koalisiya parlamentdə qərarların qəbulu üçün solçuların dəstəyinə bel bağlamalı olurdu. M. Şarets qərarını açıqlayarkən bildirib ki, hazırkı koalisiya ilə insanların gözlədiyi qanun və qərarların qəbulunu təmin etmək iqtidarında deyil.

ölkə.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31