İstanbulda 30 nəfər FETÖ üzvünün saxlanılması üçün əməliyyat keçirildi
İstanbulda 30 nəfər FETÖ üzvünün saxlanılması üçün əməliyyat keçirildi
27 Yanvar 2020 17:10 Dünyaİstanbulda FETÖ terror təşkilatının kriptoqrafik xəbərləşmə sistemi olan "Bylock"dan istifadə etməkdə şübhəli bilinən 30 nəfərin saxlanılması istiqamətində əməliyyat keçirilib.
İstanbul Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 13-ü İstanbulda, biri isə Sakaryada ələ keçirilib.
Şübhəlilərdən dördünün Türkiyə ərazisini tərk etdiyi müəyyən olunub. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31