Hərbi helikopter qəzaya uğradı
Xorvatiya ordusuna aid hərbi helikopter Adriatik dənizindəki Zlarin adası ərazisində qəzaya uğrayıb.
27 Yanvar 2020 16:40 DünyaXorvatiya ordusuna aid hərbi helikopter Adriatik dənizindəki Zlarin adası ərazisində qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Xorvatiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bazar ertəsi Zlarin adası rayonunda "Kiova Varrior ОН-58 D" helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb", - məlumatda qeyd olunub.
Bildirilib ki, ekipaj üzvlərinin axtarışı və xilas edilməsi üçün bütün tədbirlər görülür.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31