Tramp və Obama məşhur idmançının faciəvi ölümündən yazdı
27 Yanvar 2020 16:29 DünyaAmerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp və sabiq prezidenti Barak Obama əfsanəvi basketbolçu Kobe Brayantın ölümü ilə bağlı paylaşım edib.
Onlar bu barədə şəxsi Tvitter səhifələrində idmançının ailəsinə başsalığı veriblər.
Barak Obama bildirib ki, onun qızının da həyatdan getməsinin ürəkağrıdan olaydır:
"Kobe işində bir əfsanə idi. Ciannanı itirmək bir valideyn olaraq bizim üçün də ürəkağrıdıcıdır. Mişel və mən Vanessa və Brayantın bütün ailə üzvlərinə baş sağlığı veririk".
D.Tramp isə bildirib ki, Kobe bütün dövrlərin ən yaxşı basketbolçusu olub:
"Kobe bütün dövrlərin ən yaxşı basketbolçusu olub. O, həyatına tam yenidən başlamışdı. Ailəsini çox sevirdi, gələcəyə böyük inamı var idi. Gözəl qızı Ciannanı itirməsi bu acını daha da qorxunc edir. Melanya və mən Brayant ailəsinə başsağlığı veririk. Tanrı hamınızın yanınızda olsun!"
Qeyd edək ki, Kobe Brayant və qızı Cianna ötən gecə Kaliforniyada helikopter qəzasında həlak olublar.
yenisabah.az