“Barselona”ya görə dəhşətli qətl - Emini əvvəlcə bıçaqladı, sonra güllələdi
“Barselona”ya görə dəhşətli qətl - Emini əvvəlcə bıçaqladı, sonra güllələdi
27 Yanvar 2020 16:28 DünyaDünya futbolunda daha bir faciəvi hadisə baş verib.
İspaniyanın "Barselona" klubuna görə iki qardaş arasında qanlı dava düşüb.
Bildirilir ki, hadisə Əfqanıstanın Kapisa vilayətində baş verib. Belə ki, Həşmətullah adlı 30 yaşlı kişi İspaniya La Liqasının son turunda "Barselona"nın səfərdə "Valensiya"ya uduzmasına görə (0:2) kiçik qardaşı ilə mübahisə edib. "Barselona" azarkeşi olan Həşmətullah mübahisə zamanı kiçik qardaşı Emini öldürüb. Əvvəlcə, qardaşını bıçaqlayan Həşmətullah daha sonra ov tüfəngi ilə vurub.
Xəstəxanaya çatdırılan Eminin həyatını xilas etmək mümkün olmayıb.
Polis qatilin axtarışına başlayıb.
yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31