ŞOK: koronavirus daha bir ölkədə tapıldı

ŞOK: koronavirus daha bir ölkədə tapıldı

Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirusa daha bir ölkədə rast gəlinib.

Olaylar.az  xəbər verir ki,İsraildə 2 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Yerli mənbələr şübhəlilərin kəskin temperatur və tənəffüs çatışmazlığından əziyyət çəkdiyini bildirib.

Xəstələrdən biri israilli qadın, digəri isə çinli kişidir.

Qeyd edək ki, koronavirus 10-a yaxın ölkədə təsbit olunub.

Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31