Rusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi
Rusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi
27 Yanvar 2020 12:51 DünyaRusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonoim təhdid səbəbindən uçuşunu yarımçıq qoyub.
Bu barədə "İnterfaks" məlumatlı mənbəyə istinadla bildirib.
"Naməlum şəxs laynerin göyərtəsinə partlayıcı qurğu quraşdırıldığını bildirib. Uçuşu dayandırıb, Xabarovsk hava limanına qayıtmaq qərarı alınıb", - deyə mənbə bildirib.
Daha sonra Xabarovsk Hava limanının mətbuat xidməti "Aeroflot" şirkətinin "Airbus A330" təyyarəsinin qayıtdığını bildirib.
Hava limanının nümayəndəsinin sözlərinə görə, təyyarənin minalanması barədə mesaj Rusiya Mühafizə İdarəsinə verilib.
Yenilənmiş məlumatlara görə, təyyarədə 262 sərnişin olub.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31