Nobel mükafatçısının evi qarət olunub
Nobel mükafatçısının evi qarət olunub
27 Yanvar 2020 12:47 DünyaPolşalı yazıçı, Nobel mükafatı laureatı Olqa Tokarçukun evi qarət olunub. Bu barədə "Zet" radiostansiyası məlumat yayıb.
Bildirilib ki, şənbə günündən Bazar gününə keçən gecə naməlum şəxslər tərəfindən yazıçının Vroslav Krica rayonundakı mənzilindən oğurluq ediblər.
Radionun yaydığı məlumata əsasən, naməlum şəxslər mənzildən müxtəlif valyutalarda olan pul oğurlayıblar.
Yazıçının hazırda Polşadan kənarda yaşadığı bildirilir.
Xatırladaq ki, O.Tokarçuk 2018-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb.
sia.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31