Çinin ikinci şəxsi Uhana getdi

Çinin ikinci şəxsi Uhana getdi

Çin Dövlət Şurasının rəhbəri Li Ketsyan koronavirusun başladığı Uhan şəhərinə gəlib.

Li Ketsyanın Uhan şəhərinə Çin lideri Si Szinpinin tapşırığı əsasında gəldiyi bildirilib.

Ketsyanın Uhanda epidemiya ilə mübarizəyə nəzarət edəcəyi vurğulanıb.

Qeyd edək ki, bundan öncə Çində koronavirusa yoluxanların sayı 2744-ə çatıb. Onlardan 80 nəfərinin öldüyü bildirilib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31