Türkiyədə dəhşətli zəlzələdə ölən və ya xəsarət alanlar arasında azərbaycanlılar var?
25 Yanvar 2020 10:22 DünyaAzərbaycanın Türkiyədəki səfirliyində Elazığ vilayətində baş vermiş dağıdıcı zəlzələ ilə bağlı yaradılan "qaynar xətt" fəaliyyətini davam etdirir.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, hadisədən dərhal sonra qurulan "qaynar xətt"lə əlaqə saxlayan aidiyyəti üzrə hökumət qurumlarının təmsilçiləri və KİV nümayəndələri vəziyyətlə maraqlanıblar.
"Qaynar xətt"ə vətəndaş müraciəti olmayıb. Türkiyə tərəfindən zərərçəkənlər arasında Azərbaycan vətəndaşının olması barədə məlumat daxil deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31