Rusiyanın ən zəngin adamı milyardlarını Antarktidaya xərclədi

Rusiyanın ən zəngin adamı milyardlarını Antarktidaya xərclədi

Rusiyanın ən zəngin iş adamlarından biri Leonid Mexelson 64 540 500 dolları Antarktidaya xərcləyib.

Yanvar ayının ortalarında Leonid Mexelson "Novatek" şirkətinin özünə məxsus aksiyalarının 0.74 faizini 274 297 000 dollara satıb. O, jurnalistlərə bildirib ki, pulları öz layihələrinə xərcləyəcək.

Məlumatda bildirilir ki, layihələrdən biri Antarktikada yerləşən, 90 faizi aşılanmış "Vostok" stansiyasına bağlıdır. 2020-ci ildə kəşf edilməsinin 200 illiyi qeyd olunacaq qitədə Rusiya yeni bina inşa etməyə qərar verib. Leonid Mexelson bu layihənin investoru olacaq.

Tələb olunan avadanlığın istehsalına Sankt-Peterburqdaki zavodda başlanılıb.

"Novatek" şirkətin həmtəsisçisi və idarə rəhbəri Leonid Mexelson dünyanın ən zəngin insanları siyahısında 36-cı pillədədir. "Forbes" dərgisi onun sərvətini 26, 4 milyard dollar dəyərində qiymətləndirib. O, son 10 ilin ən uğurlu Rusiya sahibkarı sayılır.

finans.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31