Virusa yoluxan şəhərdə xəstəxana tikintisi başlanıldı – Cəmi 10 günə hazır olacaq
Virusa yoluxan şəhərdə xəstəxana tikintisi başlanıldı – Cəmi 10 günə hazır olacaq
24 Yanvar 2020 18:18 DünyaYanvarın 23-də Çinin Uxan şəhərində yeni növ koronavirusa (2019-nCoV) yoluxanlar üçün xüsusi xəstəxananın inşasına başlanılıb.
Bu barədə Çinin "CGTN" televiziyası xəbər yayıb.
Layihəyə görə, xəstəxananın sahəsi 25 min kvadrat metr olacaq. Tibb müəssisəsi min nəfər üçün nəzərdə tutulub. Obyektin fevralın 3-də istifadəyə verilməsi planlaşdırılır.
Ümumdünya Səhiyyə Təşkilatı dünyanın bütün ölkələrinə yeni növ koronavirus səbəbindən tədbir görməyə hazır olmağı tövsiyə edib.
Ən son məlumatlara görə, virus səbəbindən 26 nəfər ölüb, 800-dən çox adam virusa yoluxub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31