Lavrov “şad xəbər” verdi: Suriya bu əraziləri ələ keçirdi

Lavrov “şad xəbər” verdi: Suriya bu əraziləri ələ keçirdi

Suriya ordusu Türkiyə və İraq sərhədinin böyük hissəsində nəzarəti yenidən ələ alıb.

Olaylar.az  xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersenlə görüşdən əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, İdlib və Suriyanın şimal-şərqinin terrorçulardan təmizlənməsi üçün işlər davam etdirilir:

"Bölgədə vəziyyət yaxşıya doğru gedir. Terrorçuların nəzarətindəki sahələr getdikcə azalır. Suriya hökuməti Türkiyə və İraq sərhədinin böyük hissəsində nəzarəti yenidən öz əllərinə alıb".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31