Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi - VİDEO
Doqquzuncu mərtəbədən yıxıldı, ayağa qalxıb yoluna davam etdi - VİDEO
24 Yanvar 2020 16:52 DünyaBinanın doqquzuncu mərtəbəsindən yıxılan qadın ayağa qalxıb və yoluna davam edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı kadrlar "Yuqoriya" televiziyasında yayımlanıb.
Hadisə Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində qeydə alınıb.
Kadrlardan görünür ki, qadın hündürlükdən qar yığının üstünə yıxılır. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq gedir.
Televiziya kanalının məlumatına görə, qadın bundan sonra qonşularına müraciət edərək onların təcili yardım çağırmasını istəyib.
Qadın artıq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir, həyati təhlükəsi yoxdur. İstintaq komitəsi yoxlamalara başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31