İstanbulda koronavirus həyəcanı – Xəstəxana karantinə alındı
İstanbulda koronavirus həyəcanı – Xəstəxana karantinə alındı
24 Yanvar 2020 16:49 DünyaÇini ağuşuna alan və bütün dünyanı təşvişə salan koronavirus təhlükəsi Türkiyənin İstanbul şəhərinə də gəlib çıxıb.
İstanbula gələn 2 çinli turist karantinaya alınıb.
Belə ki, çinli cütlük Süreyyapaşa Döş Xəstəlikləri Təhsil və Araşdırma Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Bundan sonra bütün xəstəxanada karantina elan edilib. Həkimlərə və tibb bacılarına maska taxmaları ilə bağlı göstəriş verilib. Xəstələrə müdaxilə edən səhiyyə işçilərinə isə xüsusi geyimlərin paylandığı bildirilir.
Turistlərin niyə karantinə alındığı barədə rəsmi açıqlama yoxdur. Güman edilir ki, çinli cütlük koronavirusa yoluxub.

yenisabah.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31