“Münaqişə həllini tapmasa...” – Merkeldən xəbərdarlıq

“Münaqişə həllini tapmasa...” – Merkeldən xəbərdarlıq

"Liviyada davam edən silahlı qarşıdurma Suriyadakı müharibəyə bənzər nəticələrə gətirib çıxara bilər".

Olaylar.az  xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

Merkel bildirib ki, Avropa İttifaqı qaçqın axınının çoxalması səbəbindən gələcək problemlərin qarşısını almaq üçün münaqişənin həllinə kömək etmək üçün tədbirlər görməlidir:

"Biz fəal şəkildə tədbirlər görməliyik, böyük miqrant axınının qarşısını almaq üçün bu ölkələr üçün yaxşı işlər görməliyik.

Biz ilk cəhdi etdik. Liviyada davam edən qarşıdurmanın Suriya müharibəsi kimi ağır nəticələrə səbəb olmasının qarşısını almaq üçün ilk addımı atdıq".

Teleqraf.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31