Rusiyadan Ermənistana uçan təyyarə təcili eniş etdi
Rusiyadan Ermənistana uçan təyyarə təcili eniş etdi
24 Yanvar 2020 12:49 DünyaRusiyanın Yekaterinburq şəhərindən Yerevana uçan "Ural hava yolları"na məxsus "Airbus A-320" tipli təyyarə məcburi eniş etməli olub.
Enişə səbəb texniki nasazlıq, şassi ilə bağlı problemlər olub. Təyyarə Yekaterinburqun "Koltsovo" hava limanına enib.
Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub.
Hadisə zamanı heç kim xəsarət almayıb. Təyyarə də zərər görməyib.
Xeberoxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31