Restoranda dava salan nazir istefa verdi
Restoranda dava salan nazir istefa verdi
24 Yanvar 2020 11:31 DünyaSlovakiyanın Ekologiya naziri Laslo Solimos istefa verib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, onun istefa verməsinə Bratislavada yerləşən restoranların birində içkili vəziyyətdə dava etməsi səbəb olub. Solimos dava zamanı restoran işçilərinə hücum edib və onlardan birinə xəsarət yetirib.
Məsələ ictimailəşdikdən sonra Baş Nazir Peter Pelleqrini L.Solimosu qəbul edərək, baş vermiş hadisəyə görə ictimaiyyət qarşısına çıxaraq üzr istəməyi tələb edib.
Baş Nazirlə görüşdən sonra istefa verdiyini bildirən L.Solimos jurnalistlərin suallarına cavab verməkdən də imtina edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31