Plantasiyada dəhşətli yanğın: 12 ölü, 13 yaralı
Plantasiyada dəhşətli yanğın: 12 ölü, 13 yaralı
24 Yanvar 2020 11:18 DünyaVenesuelanın şimalında plantasiyada baş vermiş yanğın nəticəsində 12 nəfər həlak olub, 13 nəfər yaralanıb.
Bu barədə "Pitazo" portalı məlumat yayıb.
Yanğın cümə axşamı Araqua ştatındakı şəkər qamışı plantasiyasında baş verib. Yaralılar arasında olan 3 uşağın vəziyyəti ağırdır.
Hadisə yerində Mülki Müdafiə Komissiyasının əməkdaşları və yanğınsöndürmə briqadaları işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31