Xırdalanda qorxunc hadisə - Məktəbli qızlar xəstəxanaya çatdırıldı - VİDEO
Xırdalanda qorxunc hadisə - Məktəbli qızlar xəstəxanaya çatdırıldı - VİDEO
24 Yanvar 2020 11:11 DünyaDünən Xırdalan şəhərində avtomobil 2 məktəbli qızı vurub.
Heydər Əliyev prospektində "Mercedes C Class" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarı ilə gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub.
Məktəblilərdən birinin dizi, digərinin isə onurğa sütunu sınıb. Onların ikisi də Kliniki Tibbi Mərkəzə aparılıblar.
Onurğasından ağır xəsarət alan 14 yaşlı Fidanın vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31