Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Yerevanda atışma: Silahlı şəxs Koçaryanın ofisi yaxınlığında bir neçə nəfəri girov götürüb

Yerevanın mərkəzindəki Respublika meydanı yaxınlığında atışma baş verib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə "Erebuni Plaza" biznes mərkəzində kafelərin birində qeydə alınıb. Atəş açan şəxs kafedə bir neçə nəfəri girov götürüb.

Hadisə yerinə xüsusi təyinatlılar və təcili yardım briqadaları cəlb olunub. Mərkəz əhatəyə alınıb. Əməliyyat davam edir.

Hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Erebuni Plaza" ölkəni sabiq prezidenti Robert Koçaryanın ofisinin yaxınlığında yerləşir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31