İstanbul hava limanında koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür

İstanbul hava limanında koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür

Bütün dünyanı təşvişə salan, Çində yayılan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) Türkiyəyə daxil olmasının qarşısını almaq məqsədilə İstanbul hava limanında qabaqlayıcı tədbirlər görülür.

Dünyanın ən böyük aeroportlarından olan və ən çox sərnişin qəbul edən İstanbulun yeni hava limanında bəzi təyyarələrdə virus yoxlaması aparılıb. Çindən Türkiyəyə sərnişin daşıyan və bu aviaşirkətlərə xidmət göstərən qurumlara xəbərdarlıq edilib. Bu şirkətlərlə toplantılar keçirilib, virusun ilkin simptomları və qabaqlayıcı tədbirlər barədə məlumat verilib.

Xatırladaq ki, indiyədək Çində 300-ə yaxın yoluxma faktı qeydə alınıb, 4 nəfər həyatını itirib.

XeberOxu.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31