Türkiyədən Yunanıstana – Sərt mesaj
Türkiyədən Yunanıstana – Sərt mesaj
23 Yanvar 2020 15:39 DünyaTürkiyə Yunanıstanın qeyri-hərbi statuslu 16 adanı silahlandırması ilə əlaqədar sərt reaksiya verib.
Türkiyənin Müdafiə naziri Hulusi Akar Yunanıstanı beynəlxalq hüquqa uyğun davranmağa çağırıb.
Nazir anlaşmaya zidd olaraq qeyri-hərbi statuslu 16 adanın silahlandırması ilə Yunanıstanın beynəlxalq hüquqa uyğun hərəkət etmədiyini bəyan edib: "Yunanıstandan beynəlxalq hüquqa, imzaladığı müqavilələrə və yaxın qonşuluq münasibətlərinə əsasən davranış sərgiləməsini gözləyirik".
İdlibdəki son situasiyaya toxunan Hulusi Akar hava hücumları zamanı minlərlə insanın həyatını xilas etmək üçün "Zeytun budağı" və "Fərat qalxanı" bölgələrinə qaçmağa çalışdığını söyləyib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31