“Onu da Süleymaninin taleyi gözləyir” – ABŞ-dan şok hədə
“Onu da Süleymaninin taleyi gözləyir” – ABŞ-dan şok hədə
23 Yanvar 2020 13:51 Dünya"İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan Qüds xüsusi təyinatlılarının yeni komandiri İsmayıl Qəni eyni yolla gedərsə, sələfi general Qasım Süleymaninin aqibəti ilə üzləşəcək".
Bunu ABŞ hökumətinin İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
Amerikalı diplomat Süleymaninin öldürülməsinin İran rejiminin doldura bilməyəcəyi bir boşluq yaratdığını bildirib.
Qüds briqadasının komandiri Qasım Süleymani yanvarın 3-də Bağdad Beynəlxalq Hava Limanının ərazisinə hava zərbəsi nəticəsində həlak olub. Olayın məsuliyyətini ABŞ Müdafiə Nazirliyi (Pentaqon) öz üzərinə götürüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31