“Qloriya” 200 min adamı işıqsız qoydu - Video

“Qloriya” 200 min adamı işıqsız qoydu - Video

İspaniyada "Qloriya" fırtınası davam edir.  "MİR 24" telekanalının məlumatına görə, bu səbəbdən yollar bağlanıb, məktəblər işləmir, 200 min adam elektrik enerjisiz qalıb. Küləyin sürəti saatda 114 kilometrə çatır.

Azı səkkiz nəfər təbii fəlakətin qurbanı olub. Morelya şəhərində qar örtüyü normadan iki dəfə çoxdur. Qarı təmizləmək üçün texnika və bel çatmır.

Sahilyanı ərazidə də situasiya ürəkaçan deyil. Dalğaların hündürlüyü 13 metrə çatır. Min hektarlarla düyü sahələri suyun altında qalıb.

Xeberoxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31