Avstraliyada yanğınları söndürən təyyarə qəzaya uğrayıb
Avstraliyada yanğınları söndürən təyyarə qəzaya uğrayıb
23 Yanvar 2020 11:18 DünyaAvstraliyada yanğınların söndürülməsinə cəlb olunan təyyarə qəzaya uğrayıb.
Hadisə ölkənin Yeni Cənubi Uels ştatında qeydə alınıb. "C-130 Hercules" təyyarəsinin qəzaya uğraması nəticəsində 3 amerikalı yanğınsöndürən həlak olub.
Təyyarənin qalıqları Kuma şəhəri yaxınlığında tapılıb.Qəzanın səbəbi hələlik məlum deyil.
Xatırladaq ki, sentyabrdan Avstraliyada davam edən yanğınlar 25 nəfərin ölümünə və hektarlarla yaşıl sahələrin məhvinə səbəb olub.
Yanğınlar nəticəsində 1 milyarddan çox heyvan məhv olub.
Dünya ölkələri təbii fəlakətlə mübarizə üçün Avstraliyaya yardım təklif edib.
apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31