ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

ABŞ Prezidenti Donald Tramp ölkə tarixində abort əleyhdarlarının yürüşündə iştirak edən ilk dövlət başçısı olacaq.

Bu barədə Ağ Evin sözçüsü Stefani Qrişam "Twitter" səhifəsində məlumat verib.

"Prezident Donald Tramp "Həyat üçün Marş"ı ziyarət edən ilk ABŞ prezidenti olacaq", - deyə məlumatda bildirilir.

Trampın özü də mitinqdə iştirakını şərh edib.

"Cümə günü görüşərik", - deyə mikrobloqunda yazıb və "Həyat üçün Marş" səhifəsinə əlavə edib.

ABŞ-da abort mövzusu aktiv şəkildə müzakirə olunur. Qadınların hamiləliyini ləğv etmək hüququ kilsə və mühafizəkarlar tərəfindən tənqidlə qarşılanır.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31