Kosmosa insanabənzər robot göndəriləcək
Kosmosa insanabənzər robot göndəriləcək
23 Yanvar 2020 10:57 DünyaHindistanın Kosmik Tədqiqatlar Təşkilatı yanvarın 22-də pilotsuz kosmik uçuşa göndəriləcək insanabənzər robot təqdim edib.
Qadın sifətli və uzunsaçlı robot Viom Mitra ("kosmos", "dost" və "tanrı" mənasını verən viom və mitra sözlərindən) adlanacaq. O, müxtəlif vəzifələri yerinə yetirir və ingilis və hindi dilində danışır.
Plana görə, robotu daşıyacaq kosmik gəminin buraxılışı 2020-ci ilin sonunda həyata keçiriləcək. Viom Mitra insanı simulyasiya edəcək və Yer kürəsinə hesabat göndərəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31