Türkiyədə güclü zəlzələ: insanlar küçələrdə

Türkiyənin Manisa şəhərində baş verən sonuncu yeraltı təkanlar nəticəsində bina çöküb.

Türkiyə mediası xəbər verir ki, 5,4 bal gücündə  təkanlar nəticəsində Manisanın Akhisar bölgəsinə yaxın ərazidə yerləşən qəsəbələrdən birində binalardan biri çöküb.

Əraziyə  xilasedicilər  göndərilib. Zəlzələdən sonra insanlar küçələrə axışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31