30 saniyədə 229 söz deməklə rekord qırdı

Amerikalı reper və prodüser Eminem (əsl adı 3-cü Marşal Brus Maters - red.) "Godzilla" adlı mahnısı ilə “sürət” rekordunu qırıb.

Amerikalı reper və prodüser Eminem (əsl adı 3-cü Marşal Brus Maters - red.) "Godzilla" adlı mahnısı ilə "sürət" rekordunu qırıb.

Reper "Music to be murdered by" adlı albomunda yer alan mahnısında 30 saniyə ərzində 229 söz deyib. 

Eminem o qədər sürətli oxuyur ki, ingilis dili ana dili olanlar belə onu anlamaqda çətinlik çəkirlər. Onun "Majesty" və "Rap God" mahnılarında göstərdiyi yüksək sürət performansı çoxlarına məlumdur.

47 yaşlı sənətçi 21-ci əsr musiqi sektorunun ən uğurlu reperi hesab olunur. Eminemin albomlarının satış sayı təkcə Birləşmiş Ştatlarda 115 milyon, dünya üzrə isə 40 milyondur. 

Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31