Rusiyanın gəmisində partlayış: 47 nəfər son anda xilas edildi
Rusiyanın gəmisində partlayış: 47 nəfər son anda xilas edildi
22 Yanvar 2020 17:58 DünyaRusiyanın böyük balıqçı gəmisi Oxot dənizində yanıb.
Eniqma Astralis adlı gəmidə əvvəl partlayış olub, daha sonra gəmi yanmağa başlayıb.
Gəminin kapitanı dərhal kömək istəyib. Xilasedicilər gəmiyə yaxınlaşaraq, 47 nəfərin həyatını xilas edə biliblər.
Ancaq yanğın gəminin böyük bir hissəsinin yanmasına səbəb olub. Rəsmilər gəmini sahilə çıxarmaq üçün hadisənin baş verdiyi əraziyə texnika göndərildiyini bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31