General son qərarını verdi: Ölkənin “giriş qapısı” vuruldu
General son qərarını verdi: Ölkənin “giriş qapısı” vuruldu
22 Yanvar 2020 16:45 DünyaTürkiyəyə qarşı sərt mövqeyi ilə tanınan Liviya Milli Ordusunun komandanı general Həftər qəti qərarını verib.
Məhz onun qərarı ilə ordu paytaxt Tripolinin dünyaya açılan qapısı olan Mitiga aeroportunun qrad raketləri ilə vurulmasına dair əmr verib.
Almaniya paytaxtı Berlində Liviya gərginliyinin aradan qaldırılması istiqamətində keçirilən görüşün nəticəsiz tamamlanması beləliklə bir daha özünü göstərib. Atəşkəs sazişinə əməl etməyən general Həftər paytaxt aeropotunu vurmaqla ölkənin nüfuzuna ciddi ziyan gətirib.
Xatırladaq ki, general Həftər Moskvada tərəflərin görüşündə danışıqlar masasını tərk edib. O, anlaşma sazişi ilə razılaşmayaraq Türkiyəyə qarşı çıxış ilə də gündəmə gəlib.
cebhe.info