Ruslar arasında ən populyar xarici siyasətçi kimdir? – İnanılmaz nəticə

Ruslar arasında ən populyar xarici siyasətçi kimdir? – İnanılmaz nəticə

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) baş direktoru Valeri Fyodorov "İzvestiya" qəzetinə müsahibəsində ruslar arasında ən populyar xarici siyasətçinin kim olduğunu açıqlayıb.

O, həmin şəxsin Belarus Prezidenti Aleksandr Lukaşenko olduğunu bildirib:

"Lukaşenko hələ də bizim üfüqdə qalır, ona münasibət onun neft, qaz və ticarət siyasəti ilə bağlı deyil. Lukaşenkoya müsbət münasibət ilk növbədə onun qərbyönümlü deyil, rusiyapərəst siyasətçi kimi qəbul edilməsi ilə əlaqədardır".

V.Fyodorov qeyd edib ki, insanlar bunu yüksək qiymətləndirirlər.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31