ABŞ İranı Çin bazarında da vurdu
ABŞ İranı Çin bazarında da vurdu
22 Yanvar 2020 14:09 DünyaABŞ 2021-ci ildə Çinə enerji resurslarının əsas tədarükçüsü ola bilər.
Bunu Köln Alman İqtisadiyyat İnstitutunun əməkdaşı Sonya Ber deyib.
"Əgər 2017-ci ildə əsas hesablamaları nəzərə alarsaq, Çin ABŞ-dan 6,8 milyard dollarlıq enerji daşıyıcısı alıb. 2021-ci ilə qədər tədarükün 40,7 milyard dollara qədər çatdırılması nəzərdə tutulub. Nəticədə ABŞ-ın Çinin idxal etdiyi enerji daşıyıcılarındakı payı 3,2% artaraq, 19%-ə çatacaq. Nəticədə ABŞ Çin bazarına neft-qaz ixrac edən ən böyük tədarükçülər sırasında 11-ci yerdən 1-ci yerə yüksələcək", - deyə o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31