Rusiyanın yeni baş prokuroru məlum oldu

RUSİYANIN YENİ BAŞ PROKURORU MƏLUM OLDU

Rusiya Federasiya Şurası İqor Krasnovu ölkənin Baş Prokuroru olaraq təsdiqləyib.

Senatorlar 44 yaşlı Krasnovun namizədliyini yekdilliklə dəstəkləyiblər.

Krasnov vəzifəyə təsdiqlənəndən sonra Baş prokuror kimi and içib.

Qeyd edək ki, İqor Krasnov bu təyinatına qədər Rusiya İstintaq Komitəsinin sədr müavini olub. Onun Baş Prokuror vəzifəsinə namizədliyini Prezident Vladimir Putin irəli sürüb.

Xatırladaq ki, sabiq Baş Prokuror Yuri Çayka yanvarın 20-də istefa verib. Putin ona Şimali Qafqaz Federal dairəsi üzrə səlahiyyətli nümayəndəsi vəzifəsini təklif edib.

qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31