Şok iddia: Şahzadə qətldən 5 ay əvvəl... - Qaşıqçı cinayətində yeni fakt

Şok iddia: Şahzadə qətldən 5 ay əvvəl... - Qaşıqçı cinayətində yeni fakt

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının öldürülməsindən 5 ay əvvəl jurnalistin işlədiyi "Vaşinqton Post" qəzetinin sahibi Şeff Bezosun mobil telefonuna haker hücumu təşkil etdiyi bildirilib.

Olaylar.az  xəbər verir ki, bu barədə İngiltərənin "The Guardian" qəzeti məlumat yayıb.

Məlumata görə, şahzadə milyarder iş adamının şəxsi məlumatlarını ələ keçirmək üçün "Votsap" hesabına şifrələnmiş video göndərib. Bin Salmanın mobil telefondakı şəxsi məlumatları həmin şifrə vasitəsilə ələ keçirdiyi qeyd edilib.

Haker hücumundan 5 ay sonra Qaşıqçı cinayətinin işləndiyi, 9 ay sonra isə ABŞ-da fəaliyyət göstərən "National Enquirer" qəzetində "Amazon" şirkətinin sahibi Bezosun şəxsi həyatına dair məlumatların tirajlandığı bildirilib.

Məlumatların yayımlandığı qəzetin sahibi David Pekerlə şahzadə Salmanın münasibətlərinin isti olmasına diqqət çəkilib.

"The Guardian" iddia edir ki, şahzadə bununla "Vaşinqton Post"un ona qarşı apardığı fəaliyyətə mane olmağa çalışıb. Məlumatda Salmanın Bezosu hədəfə almasının ifşa olunmasının şok dalğası yaradacağı iddia edilib.

Camal Qaşıqçı 2018-ci ildə Səudiyyə Ərəbistanının Türkiyədəki Baş Konsulluğunun binasında qətlə yetirilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31