İranı silkələyən hadisə - Daha bir komandan öldürüldü
İranı silkələyən hadisə - Daha bir komandan öldürüldü
22 Yanvar 2020 13:04 Dünyaİran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic Təşkilatının komandanı Əbdülhüseyn Mücəddəmi silahlı hücuma məruz qalıb.
Komandan evində ölü halda tapılıb.

"Fars" yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, Mücəddəminin Şadqan şəhərinin Darhovin qəsəbəsində yerləşən evinə naməlum maskalı şəxslər tərəfindən silahlı basqın təşkil olunub.
Şadqan Valiliyi istintaqa start verib. Proseslə bağlı ictimaiyyətə məlumat veriləcəyi deyilir.
Qeyd edək ki, daha əvvəl SEPAH-ın "Əl-Qüds" Xüsusi Təyinatlı Qüvvələrinin komandanı Qasım Süleymani Bağdadda ABŞ qüvvələri tərəfindən öldürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31