Terror təşkilatı iqtidarda: Yeni hökumət quruldu

Terror təşkilatı iqtidarda: Yeni hökumət quruldu

Kütləvi nümayişlər səbəbindən ötən il oktyabrın 29-da Livanda istefaya gedən hökumətin yerinə yeni siyasi komanda keçib.

Olaylar.az  xəbər verir ki, "Hizbullah" terror təşkilatı və digər siyasi qüvvələrin dəstək verdiyi Həsən Diyab yeni hökumətin baş naziri seçilib.

Livan Prezidenti Mişel Avn yeni hökuməti qurmaq tapşırığı verdiyi Həsən Diyab və parlament sədri Nəbih Berri ilə görüşüb.

Diyab görüşdən sonra 20 nəfərdən ibarət yeni kabineti ictimaiyyətə təqdim edib.

Əlavə edək ki, Saad Həriri hökuməti kütləvi etirazlar səbəbindən ötən ilin oktyabr ayında istefaya getmişdi.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31