Koronavirusun yeni növü ABŞ-a da çatdı
Koronavirusun yeni növü ABŞ-a da çatdı
22 Yanvar 2020 11:54 DünyaABŞ-da yeni növ koronavirusun səbəb olduğu pnevmoniyanın ilk yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə jurnalistlərə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin nümayəndələri tərəfindən telefon brifinqi zamanı məlumat verilib.
Yoluxma hadisə Vaşinqton ştatında aşkar edilib - xəstəlik yaxınlarda Çindən gəlmiş 30 yaşlı kişidə tapılıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir.
Dekabrın 31-də Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyi barədə məlumat verib. Yanvarın 7-də Çin mütəxəssisləri xəstəliyin törədicisini - 2019-nCoV - koronavirusunu təyin ediblər.
XeberOxu.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31