Dünya təlaş içində: virus ABŞ-a da çatdı

ABŞ mediasında yayılan xəbərlərə görə, Çinə səyahəti zamanı xəstələnən Amerika vətəndaşı, ölkəyə geri döndükdən sonra Vaşinqtonda tibbi yoxlamadan keçib. Nəticədə onun Çinin Uhan şəhərində ortaya çıxan koronavirusa yoluxduğu məlum olub.SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstənin vəziyyəti ağırdır.Xatırladaq ki, yeni koronavirusa yoluxan insanlardan 6 nəfəri ölüb.Çin Dövlət Səhiyyə Komissiyasından verilən məlumata görə, 77 nəfərə koronavirus diaqnozu qoyulub, ölkə ərazisində isə 290 nəfərdən çox adam xəstəliklə bağlı tibb müəssisələrinə müraciət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31