Məhv olmaq üzrə olan ən uzaq qalaktika aşkar edilib

Danimarkanın Nils Bor İnstitutu və Yaponiyanın Milli Astronomik Rəsədxanasından olan tədqiqatçılar insanlara məlum olan qalaktikalar arasında məhv olmaq üzrə olan ən uzaq qalaktikanı aşkar ediblər

Danimarkanın Nils Bor İnstitutu və Yaponiyanın Milli Astronomik Rəsədxanasından olan tədqiqatçılar insanlara məlum olan qalaktikalar arasında məhv olmaq üzrə olan ən uzaq qalaktikanı aşkar ediblər. O, Yerdən təxminən12 milyard işıq ili məsafədədir.

Aşkar edilmiş qalaktika trilyondan çox ulduzdan ibarətdir və Günəş sisteminin daxil olduğu Süd Yolundan daha böyükdür. Tədqiqat göstərir ki, bu kimi sistemlərin "nüvəsi" Böyük Partlayışdan 1,5 milyard il sonra, başqa sözlə, təxmin edilən zamandan milyard ilə əvvəl formalaşıb.

Alimlər qeyd edir ki, yeni tapılmış qalaktika kainatın formalaşması haqqında bilikləri təkmilləşdirəcək. Həmçinin güman olunur ki, o, astronomlar tərəfindən istifadə olunan kompüter modellərinin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq.

Bu tədqiqata həsr olunmuş iki məqalə "Astrophysical Journal Letters" və "Astrophysical Journal"da dərc edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31