ABŞ İncirlikdən çıxır: proses başladıldı

ABŞ İncirlikdən çıxır: proses başladıldı

ABŞ-ın İncirlik bazasında çalışan 424 türkiyəlinin aviabazadan uzaqlaşdırılması prosesinə başlanılıb.

Bu məlumatı Türk Hərbi İş Birliyinin Adana şöbəsinin rəhbəri Erdal Akalın paylaşıb. O, ABŞ şirkətinin bu addımı İraq, Suriya və Türkiyədən çəkilmək istədiyi üçün atdığını bildirib:

"İraq, Suriya və Türkiyədən çəkilmək istədiklərini bildirirlər və bununla əlaqədar olaraq kadr məhdudlaşdırılmasına getmək istəyirlər. ABŞ geri çəkilmək istəyir. Şirkət sadəcə hökumətin izn verdiyi sayda işçi çalışdırır".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31