Putin Şimali Qafqazı ona tapşırır
Rusiya Prezidenti Vladimir Putin keçmiş baş prokuror Yuri Çayka ilə görüşüb.
21 Yanvar 2020 17:25 DünyaRusiya Prezidenti Vladimir Putin keçmiş baş prokuror Yuri Çayka ilə görüşüb.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Peskov Putinin Çaykaya prezidentin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsi olmağı təklif edib. O, Çaykanın yeni vəzifəyə təyin edilməsi ilə barədə hələlik Putinin heç bir sərəncam imzalamadığını bildirib.
Qeyd edək ki, Çayka 14 il baş prokuror vəzifəsini icra etdikdən sonra yanvarın 20-də vəzifəsindən azad edilib. Onun yerinə İstintaq Komitəsinin sədr müavini İqor Krasnov gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31