Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü

Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü

Rusiya qırıcıları İdlib gərginliyi azaltma bölgəsindəki yaşayış məntəqələrini bombalayıb.

İdlib və Hələbin bir neçə kəndinə edilən hava hücumları nəticəsində 12 dinc sakin həyatını itirib.

Məlumata görə, ölənlərdən 7-si azyaşlıdır.

Qeyd edək ki, Suriyanın İdlib şəhərində əldə olunan atəşkəsə baxmayaraq, yanvarın 12-dən bu yana Əsəd rejimi, İranın dəstəklədiyi terrorçu qruplar və Rusiyanın hücumu nəticəsində 62 dinc sakin həyatını itirib, 31 min 500 insan isə yerindən didərgin düşüb.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31